Keçmiş UFC döyüşçüsü 38 yaşında vəfat etdi - ÖZƏL
14 Noyabr 2022 13:12 DünyaKeçmiş MMA döyüşçüsü Entoni Conson 38 yaşında vəfat edib.
Olaylar.az xəbər verir ki, bu barədə MMA Fighting məlumat yayıb.
İdmançının ölüm səbəbi barədə məlumat verilmir. Daha əvvəl Bellator promosyonunun prezidenti Skott Koker Consonun səhhətində problemlərin olduğunu və onun döyüşlərə qayıtmasının vaxtı məlum olmadığını bildirmişdi.
Qeyd edək ki, Conson karyerası ərzində 29 döyüş keçirib. Onlardan 23-ü qələbə, 6-sı məğlubiyyətlə nəticələnib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31