İstanbul hücumu ilə bağlı 46 nəfər həbs edilib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ İstanbul hücumu ilə bağlı 46 nəfərin saxlanıldığını bildirib. Bozdağ bildirib ki, bu günə qədər terror aktı ilə bağlı 46 nəfər saxlanılıb.Öz növbəsində Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib ki, respublikada 6 il ərzində belə böyüklükdə terror aktları olmayıb. Onun sözlərinə görə, il ərzində ölkədə 200-ə yaxın terror aktının qarşısı alınıb.

Qeyd edək ki, noyabrın 13-də İstanbulun mərkəzi rayonlarından birində, İstiklal piyada küçəsində partlayış baş verib.Partlayış nəticəsində 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31