İstanbul terrorunun altından İran çıxacaq - ÖZƏL

Ötən gün Türkiyənin İstanbul şəhərində baş verən terror aktı nəticəsində həlak olanların sayı 6, xəsarət alanların sayı isə 81-ə çatdı. Terror baş verən ilk andan bu terror aktını kimin, hansı qüvvənin həyata keçirə biləcəyi barədə mülahizələr irəli sürülməyə başladı. Əvvəlcə ASALA erməni terror təşkilatının terrora görə məsuliyyəti öz üzərinə götürdüyü bildirildi. Daha sonra İstanbul terraktının PKK/PEJAK tərəfindən törədildiyi barədə fikirlər yayıldı.

Bu arada isə İstanbul terrorunun arxasında İranın durduğu barədə də fikirlər dolaşmaqdadır. Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFQASSAM) rəhbəri Hasan Oktay da hesab edir ki, İstanbul terrorunun altından İran çıxacaq. "OLAYLAR"-a verdiyi açıqlamada Hasan Oktay bildirib ki, bununla Ankara ilə Tehran arasında ziddiyyətlər daha da arta bilər: "Onsuz da İran ilə Türkiyəni qarşı-qarşıya gətirmək istəyənlər var. İstanbul terroru da həmin dairələrin işinə yarayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31