Terror törətməkdə şübhəli bilinən qadının qaçmasının görüntüləri yayıldı - VİDEO
14 Noyabr 2022 11:38 DünyaÖtən gün İstanbulun Taksim meydanı İstiqlal küçəsində partlayışı törətməkdə şübhəli bilinən qadının hadisə yerindən uzaqlaşması anları qeydə alınıb.
Olaylar.az Trend-ə istinadən bildirir ki, adı açıqlanmayan qadının hadisə yerinə partlayıcı maddə qoyaraq uzaqlaşdığı müəyyən edilib.
Həmin şəxs daha sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ümumilikdə hadisə ilə əlaqədar 22 nəfər saxlanılıb.
Xatırladaq ki, ötən gün axşam saatlarında Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31