"Twitter" Lockheed Martin səhmlərində düşüşə səbəb oldu - ÖZƏL - FOTO

Olaylar.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlarda qeydedilir ki, "Twitter"dən 8 dollara "mavi tık" alan şəxslər özlərini rəsmi Lockheed Martin hesabı kimi göstəriblər.

Daha sonra, "İnsan hüquqlarının pozulmasını araşdırana qədər Səudiyyə Ərəbistanı, İsrail və ABŞ-a bütün satışları dayandırırıq" başlığı ilə "tweet" atıblar. Saxta hesabın "tweet"i nəticəsində Lockheed Martin səhmlərinin dəyəri düşüş yaşayıb və şirkət milyonlarla dollar itirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31