"Qara dənizdə enerji bazası yaradırıq" - Rəcəb Tayyib Ərdoğan

Qara dənizdə suyun 2200 metr dərinliyində enerji bazası yaradırıq. Gələn ildən bu qazdan istifadəyə başlayacağıq.

Olaylar.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Sakarya qaz yatağının birinci mərhələsini təşkil edən 10 quyudan 9-nun qazılması işlərinin başa çatdığını deyən Türkiyə Prezidenti bildirib ki, hazırda 3 qazma, 9 əsas tikinti-quraşdırma gəmisi, iş yükünə görə sayı 20-30 arasında dəyişən dəstək gəmiləri, eləcə də quru və dənizdə olmaqla yeddi min işçi yataqda işləyir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31