Hazırda iki Rusiya-Belarus hərbi təlim mərkəzi fəaliyyət göstərir
1 Noyabr 2022 11:52 DünyaBelarusun ərazisində Rusiya ilə birgə iki hərbi təlim mərkəzi fəaliyyət göstərir.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Valeri Revenko bildirib.
"Müvafiq fərmanla Belarus prezidenti Rusiya ilə birgə təlim mərkəzlərinin yaradılması və fəaliyyəti haqqında saziş layihəsini təsdiqləyib. Hazırda onlardan ikisi Belarus ərazisində hərbi qulluqçular hazırlayır" - deyə, Revenko Twitter-də yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31