Seulda izdiham: ölənlərin sayı 156-ya çatıb
1 Noyabr 2022 11:10 DünyaSeulda izdihamda ölənlərin sayı 156-ya çatıb,151 nəfər yaralanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Daxili İşlər və Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Koreya Daxili İşlər Nazirliyinin məlumatına görə, ağır yaralılardan daha biri dünyasını dəyişib. Hazırda daha 29 belə xəstə olduğuna görə qurbanların sayı arta bilər.
Ölənlər arasında 101 qadın və 55 kişi olduğu bildirilir. Son məlumatlara görə, ölənlər arasında 26 əcnəbi də var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31