Ukraynada Rusiyanın Mi-8 helikopteri vuruldu - VİDEO

Ukrayna hərbçiləri Donetsk vilayətinin Baxmut rayonunun Berestovoe kəndi yaxınlığında Rusiyaya məxsus helikopteri məhv ediblər.

Olaylar.az bildirir ki, bu barədə Odessa hərbi vilayət adminitrasiyasının spikeri Sergey Bratçuk məlumat verib.

Müvafiq görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Son sutka ərzində Ukrayna Silahlı Qüvvələri daha 620 rusiyalı hərbçini məhv edib. Müharibənin başlanğıcından bəri Rusiya ordusunun canlı qüvvə itkilərinin ümumi sayı 71.820 nəfərə çatıb.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31