"ABŞ Ermənistanın siyasi və iqtisadi həyatında mühüm rol oynayır"- ÖZƏL
31 Oktyabr 2022 15:27 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan ABŞ-ı ölkənin təhlükəsizliyinin təmin edilməsinə cəlb etmək istəyir. Bu barədə Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan açıqlama verib. Qeyd olunur ki, parlament sədri USAID-in Avropa və Avrasiya üzrə Bürosunun rəhbəri Erin Elizabet Makki ilə Ermənistanda demokratik təsisatların gücləndirilməsi layihələrini müzakirə edib. Simonyan bildirib ki, ABŞ Ermənistanın siyasi və iqtisadi həyatında mühüm rol oynayır. İrəvan Vaşinqtonun Ermənistanın təhlükəsizliyinin və iqtisadi inkişafının təmin edilməsində daha dərindən iştirakında maraqlıdır. Bundan əvvəl Dövlət Dumasının deputatı Konstantin Zatulin Qərbin Rusiyanı Dağlıq Qarabağ üzrə danışıqlardan sıxışdırıb çıxarmaq istəyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31