Məşhur müğənni faciəvi şəkildə VƏFAT ETDİ - FOTO

Cənubi Koreyalı müğənni və aktyor Li Ci Han Seulda keçirilən Hellovin şənliyində izdihamda əzilib ölüb.

Olaylar.az Qazet.az-a istinadən xəbər verir ki, 153 nəfərin ölümü ilə nəticələnən hadisədə 20 yaşlarında çoxlu gənc həyatını itirib.

"Produce 101"-in 2-ci mövsümündə məşhurlaşan Ci Han da bu kütlənin adlarından biri idi.

Hanın idarəedici şirkəti olan "935 Entertainment"dən verilən açıqlamada Ci Hanın oktyabrın 29-da Itaevonda baş verən insidentdə öldüyü təsdiqlənib. Açıqlamada 24 yaşlı gənc müğənninin ailəsinin böyük ağrılar yaşadığı vurğulanıb.
 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31