"Türkiyə taxılın dünya bazarına çıxarılması üçün səylərini davam etdirəcək"

Olaylar.az xəbər verir ki, Türkiyə "taxıl müqaviləsi" çərçivəsində əldə olunan razılaşmaları saxlamaq niyyətindədir. Bunu prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən sammitdə çıxışı zamanı deyib. O qeyd edib ki, respublikanın hakimiyyət orqanları ərzaq böhranının nəticələrinin yumşaldılması üçün bundan sonra da bütün səylərini əsirgəməyəcək. Türkiyə liderinin sözlərinə görə, humanitar dəhlizin yaradılması sayəsində artıq Ukraynadan 9,3 milyon ton taxıl ixrac edilib. Beləliklə, aclıq təhlükəsi ilə üz-üzə qalan dövlətlər ərzaq məhsulları alırdılar. "Rusiyanın tərəddüd etməsinə baxmayaraq, biz sövdələşməni xilas etmək, insanlığa xidmət etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik", -deyə Ərdoğan əlavə edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31