Konserti zamanı evlilik təklifi aldı - VİDEO
31 Oktyabr 2022 13:19 DünyaMüğənni Aleksandr Qreçanik konserti zamanı həmkarı Elvira Tuquşevaya (Elvira T təxəllüsü ilə tanınır) evlilik təklifi edib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, xanım ifaçı təkliflə razılaşıb.
"Sən mənim həyatımdakı ən yaxşı nəsnəsən. Mən heç kəsi səni sevdiyim qədər sevməmişəm. Mən həyatımı səninlə yaşamaq istəyirəm", - deyə Qreçanik Tuquşevaya üzüyü uzadıb.
O, isə təəccübünə baxmayaraq, çox düşünmədən "Mən də səni çox sevirəm. Bəli!", - deyə cavab verib.
Hazırda Tuquşevanın 28 yaşı var. O, musiqi karyerasına 15 yaşında ikən başlayıb. İndi Elvira yeni bəstələr buraxır, konsertlər verir və sosial şəbəkələrdə fəaldır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31