Lavrov Qərbi vicdansızlıqla ittiham edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib ki, Qərb ölkələri öz hegemonluqlarını saxlamaq üçün Rusiya Federasiyası və Çinə qarşı geosiyasi mühəndisliyin "ən vicdansız üsullarından" istifadə edirlər. Lavrov bunu "Rusiya-Çin münasibətlərinin formalaşmasında, bərpasında və inkişafında xalq diplomatiyasının rolu" adlı beynəlxalq konfransın iştirakçılarına videomüraciətində deyib. 

"Moskva ilə Pekin arasındakı əlaqə beynəlxalq münasibətlərin demokratikləşməsinin, daha ədalətli çoxqütblü dünya nizamının formalaşmasının əsas amillərindən biridir", -deyə nazir bildirib. Beynəlxalq konfrans Rusiya-Çin Dostluq Cəmiyyətinin 65 illiyinə həsr olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31