Zelenskinin ofisi Ukraynada elektrik enerjisinin fövqəladə kəsilməsi ilə bağlı xəbərdarlıq edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukrayna ərazisində kritik infrastrukturun zədələnməsi səbəbindən elektrik enerjisinin verilişində fövqəladə fasilələr tətbiq edilir. Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Kirilo Timoşenko bildirib. "Əhəmiyyətli infrastrukturun kütləvi atəşə tutulması səbəbindən fövqəladə elektrik enerjisi kəsilir. Fövqəladə xidmətlər nəticələri aradan qaldırmaq üçün çalışır".  Enerji infrastrukturunun atəşə tutulması səbəbindən dəmir yolu xətlərinin də  bir hissəsi enerjisizləşdirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31