Rusiya Jurnalistlər Birliyi (RUJ) beynəlxalq prinsipləri və peşə öhdəliklərini pozub - ÖZƏL
31 Oktyabr 2022 11:45 DünyaRusiya Jurnalistlər İttifaqı (RUJ) Rusiya Federasiyası tərəfindən sentyabrın 30-da qanunsuz ilhaq edilmiş Ukrayna ərazilərində- Donetsk, Luqansk, Zaporojjya və Xersonda dörd yeni şöbənin yaradılması barədə qərar qəbul etdiyini açıqlayıb. RUJ-in bəyanatında deyilir ki, yaxın vaxtlarda yeni filialların əsasnamələri təsdiq ediləcək. Bununla da RUJ regional bölmələrinin sayı 89-a çatdırılacaq.
"OLAYLAR" xəbər verir ki, bu barədə açıqlamanı Azərbaycanın Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli verib. O bildirib ki, Ukraynanın aparıcı jurnalist təşkilatları olan NUJU (Ukrayna Milli Jurnalistlər İttifaqı: prezidenti Sergiy Tomilenko) və IMTUU (Ukrayna Müstəqil Media Həmkarlar İttifaqı: prezidenti Serhiy Shturhetski) RUJ-un qərarını kəskin şəkildə pisləyiblər: "Donetsk, Luqansk, Xerson və Zaporojjya vilayətləri Ukrayna əraziləridir. Bu bölgələrdə Ukrayna Milli Jurnalistlər İttifaqının və Ukraynanın Müstəqil Media Həmkarlar İttifaqının filialları yaradılıb və fəaliyyət göstərir. RUJ-in Ukrayna ərazisində filiallarının yaradılması beynəlxalq hüququn ciddi şəkildə pozulması və NUJU və IMTUU-nun fəaliyyət sferasına müdaxilədir".
Avropa Jurnalistlər Federasiyasının prezidenti Maja Sever və Federasiyanın baş katibi Rikardo Qutierrez də RUJ-un hərəkətlərini qətiyyətlə pisləyiblər: " Rusiya Jurnalistlər İttifaqı işğal olunmuş Ukrayna ərazilərində çətinlik çəkən jurnalistlərə dəstək verməlidir. Lakin Rusiya tərəfindən qanunsuz ilhaq edilmiş Ukrayna bölgələrində RUJ-nin dörd yeni şöbəsini yaratmaq qədər uzağa getməməlidir. Bu, RUJ tərəfindən yol verilmiş qanun pozuntusu, həmçinin, Kremlin işğal olunmuş rayonları ruslaşdırma siyasətində fəal iştirak etməsi deməkdir".