Çin Xarici İşlər Nazirliyi Ukraynadakı bütün tərəfləri təmkinli olmağa çağırır- ÖZƏL

"Ukraynada münaqişənin bütün tərəfləri təmkinli davranmalıdır".  Olaylar.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi ABŞ dövlət katibi Entoni Blinkenlə söhbətində bildirib. "Tərəflər həmçinin Ukrayna və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Vanq Yi vurğulayıb ki, bütün tərəflər təmkin nümayiş etdirməli, sakit qərar qəbul etməli və gərginliyin daha da artmasının, hətta nəzarətdən çıxmasının qarşısını almaq üçün diplomatik səyləri gücləndirməlidir. Nə qədər ki, ümid işığı var, danışıqların qapısı bağlana bilməz, nə qədər ki, bir faiz şans var, sülhə nail olmaq üçün  səy göstərmək lazımdır".

Bundan əlavə, Vanq Yi deyib ki, ABŞ Çinə qarşı cilovlama və təzyiq siyasətini dayandırmalı və ikitərəfli münasibətlərə yeni maneələr yaratmamalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31