Ukraynaya 40 raket atılıb, bir neçə vilayətdə partlayışlar törədilib
31 Oktyabr 2022 11:21 DünyaOktyabrın 31-i səhər saatlarında Ukraynanın hava məkanına 40-a yaxın raket atılıb, ölkənin bir neçə vilayətində partlayışlar törədilib.
Olaylar.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin baş müşaviri Anton Geraşenko bildirib. Kiyevdə partlayış baş verib və bundan sonra elektrik enerjisi kəsilib.Krivoy Roq şəhərinin meri Aleksandr Vilkul bildirib ki, bu yaşayış məntəqəsi istiqamətində raket atılıb. Bundan əlavə, Ukraynanın Vinnitsa, Kirovoqrad, Poltava və Kiyev vilayətlərində partlayış olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31