Xarkovda metronun fəaliyyəti dayandırılıb
31 Oktyabr 2022 10:55 DünyaXarkov metrosu fəaliyyətini dayandırıb.
Olaylar.az xəbər verir ki, bu barədə nəqliyyat sisteminin Telegram kanalında məlumat verilib.
"Hörmətli sərnişinlər! Xarkov metrosunun xətlərində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Narahatlığa görə üzr istəyirik!" - nəqliyyatçılar bildiriblər.
Xarkov metrosunun işini dayandırmasının səbəbinin texniki problemlər olduğu deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31