"TOGG" Türkiyənin nüfuzlu brendi olaraq dünyanın bir çox ölkələrinin yollarını bəzəyəcək - Ərdoğan

"TOGG" Türkiyənin nüfuzlu brendi olaraq dünyanın bir çox ölkələrinin yollarını bəzəyəcək.

Olaylar.az bildirir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yerli "TOGG" elektrik avtomobilinin seriyalı istehsal ediləcəyi "Gemlik" fabrikinə ziyarət zamanı deyib.

Türkiyə prezidenti avtomobilin gövdəsi və quraşdırılması işlərinin aparıldığı sexlərlə tanış olub.

Türkiyə dövlətinin başçısı və xanımı Əminə Ərdoğanla birlikdə "TOGG" elektromobilini sınaqdan keçirib.

Sınaqdan sonra prezident Ərdoğan təəssüratlarını bölüşüb, zavod işçiləri və tədbirin qonaqları qarşısında çıxış edib.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31