Donetskdə 300-ə yaxın rusiyalı hərbçi məhv edilib

Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Donetsk vilayətinin Mayorsk rayonunda hücuma hazırlaşan 300-ə yaxın rusiyalı hərbçini məhv edib.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Bildirilib ki, sanitar aviasiyanın qeyri-sabit işləməsi, Belqorod vilayətinin tibbi infrastrukturunun olmaması və xəstəxanaların 100 % dolması səbəbindən Rusiya yaralıları avtobuslarla yaxınlıqda yerləşən Voronejə təxliyə etməyə məcbur olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31