Çin Xarici İşlər Nazirliyi Putinin sözlərini yüksək qiymətləndirdiklərini bildirib

Olaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib ki, Çin Rusiya prezidenti Vladimir Putinin Tayvan məsələsi ilə bağlı Valday Klubunun iclasındakı sözlərini yüksək qiymətləndirir.  
"Biz prezident Putinin mövqeyini yüksək qiymətləndiririk. Vurğulamaq istəyirəm ki, vahid Çin prinsipi beynəlxalq ictimaiyyətin universal konsensusu və beynəlxalq münasibətlərin hamı tərəfindən qəbul edilmiş əsas normasıdır", - deyə Vanq Venbin bildirib.
Diplomat jurnalistin Rusiya prezidentinin Tayvanla bağlı mövqeyini Çinin necə dəyərləndirməsi ilə bağlı sualını cavablandırıb.
Həmçinin, Çinin xarici işlər naziri Vanq Yi Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığında Çinin təmasları dərinləşdirməyə və ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.
ABŞ daha əvvəl Çini silahlara nəzarət dialoqundan imtina etməkdə ittiham edib. Bu barədə Dövlət Departamenti rəhbərinin müavini Bonni Cenkins danışıb .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31