Baş nazir Əli Əsədov Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb - FOTO
28 Oktyabr 2022 11:03 DünyaBaş nazir Əli Əsədov Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Nazirlər Kabinetindən Olaylar.az-a verilən məlumata görə, oktyabrın 28-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasına işgüzar səfəri çərçivəsində Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Qazaxıstan Prezidenti Baş nazir Əli Əsədovu və MDB Hökumət Başçıları Şurasının digər üzvlərini salamladı.

.jpg)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31