Rusiya Xalqlar Dostluğu Universitetində Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Auditoriyası açılacaq
28 Oktyabr 2022 11:19 DünyaRusiyanın ən nüfuzlu ali təhsil müəsissələrindən olan Rusiya Xalqlar Dostluğu Universitetində 3 noyabr 2022-ci il tarixində Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Auditoriyasının açılışı olacaq.
"OLAYLAR" xəbər verir ki, auditoriya universitetin dosenti, tanınmış politoloq Anar Həsənovun təşəbbüsü ilə yaradılır. Hazırda auditoriyanın açılışı üçün hazırlıq işləri yekunlaşmaq üzrədi. Məqsəd Rusiya Xalqlar Dostluğu Universitetində Azərbaycan ədəblərinin irsini, onların əsərlərini və dünya ədəbiyyatı tarixinin bir hissəsi olduğunu elmi ictimaiyyət arasında təbliğ etmək və tanıtmaqdır.
Açılış mərasimində Rusiyanın nüfuzlu elm və içtimai xadimlərinin o cümlədən media nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31