MAQATE Ukraynadakı iki nüvə obyektini yoxlayacaq

"Bu həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri Ukraynada iki nüvə obyektinə baxış keçirəcək".
Olaylar.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi deyib.
"Yoxlama tamamlandıqdan sonra biz nəticələri qiymətləndirəcəyik və tapıntıları standart təhlükəsizlik tədbirləri praktikasına uyğun olaraq bildirəcəyik. Bununla belə, MAQATE bu məsələnin maraq və aktuallığını nəzərə alaraq nəticələri öncə Rəhbərlər Şurasına, daha sonra isə dərhal ictimaiyyətə təqdim edəcək" - o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31