“Polad Alemdar”dan üzücü xəbər

"Kurtlar Vadisi" serialı ilə tanınan məşhur aktyor Necati Şaşmazın səhhətində problem yaranıb.

Olaylar.az Qazet.az-a istinadən xəbər verir ki, qısa zamanda xəstəxanaya yerləşdirilən Şaşmaz əməliyyat masasına alınıb.

Aktyorun 3 saat davam edən angioqrafiya əməliyyatından sonra reanimasiya şöbəsinə aparıldığı öyrənilib.

Hazırda Necati Şaşmazın səhhətinin yaxşı olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31