Yaponiya ABŞ-dan “Tomaqavk” qanadlı raketləri almaq istəyir
28 Oktyabr 2022 11:10 DünyaYaponiya hökuməti Amerika istehsalı olan "Tomaqavk" qanadlı raketlərini almaq təklifi ilə ABŞ-a müraciət edib.
Olaylar.az xəbər verir ki, bu barədə "Yomiuri" qəzeti məlumat yayıb.
Qeyd olunub ki, rəsmi Vaşinqton bu təklifə müsbət reaksiya verib və tədarüklə bağlı danışıqlar artıq son mərhələyə qədəm qoyur.
Yaponiya "Tomaqavk" raketlərinin qəbulunu regional vəziyyətin gərginləşməsi fonunda çəkindirmənin gücləndirilməsi elementi kimi qiymətləndirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31