"Qərb həmişə vəziyyəti gərginləşdirmək istəyir" - Putin

"Qərb həmişə vəziyyəti gərginləşdirmək istəyir, qanlı, təhlükəli və çirkin oyun oynayır".

Olaylar.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Valday" beynəlxalq diskussiya klubunun plenar iclasında bildirib.

"Son aylarda Qərb eskalasiya etmək üçün bir sıra addımlar atıb", - Rusiya lideri vurğulayıb.

Putin Qərbi Ukraynada müharibəni alovlandırmaqda, Tayvan ətrafında vəziyyəti gərginləşdirməkdə, enerji böhranını gücləndirməkdə və qaz kəmərlərini dağıtmaqda ittiham edib.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31