Türkiyənin Bartın şəhərinin Amasra rayonunda mədəndə baş vermiş partlayışa görə 25 nəfər saxlanılıb.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bartın Baş Prokurorluğu 25 şübhəlinin həbsi üçün order verib.
Xatırladaq ki, oktyabrın 14-də Bartın vilayətində kömür mədənində güclü partlayış baş verib. Partlayış nəticəsində 41 nəfər ölüb.