Rusiyanın bu ölkədəki səfirliyinə hücum edilib- bir nəfər yaralanıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Zimbabvedəki diplomatik nümayəndəliyində atışma baş verib. Yerli KİV  xəbər verir ki, səfirliyə gələn şübhəli şəxs vəzifədə olan polis əməkdaşı ilə münaqişə edib. Dava zamanı atışma baş verib, cinayətkar  yaralanıb və xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri müəyyənləşdirilir, Rusiya Xarici İşlər Nazirliyindən hələlik məsələ ilə bağlı məlumat verilməyib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31