Ukraynada başqa dildə danışanlar cərimələnir- ÖZƏL
27 Oktyabr 2022 16:13 DünyaOlaylar.az xəbər verir ki, Ukraynada qeyri-dövlət dilindən istifadəyə görə sanksiyalar tətbiq edilib.Milli Aviasiya Universitetinin tələbəsinin verdiyi məlumata görə, dosent cərimələnib. Ukraynanın dil ombudsmanı Taras Kremenyanın sosial şəbəkələrdə yaydığı məlumata görə, müəllim dərslərin birində qeyri-dövlət dilindən (hansı biri göstərilmir) istifadə edib. Bu barədə ombudsman aparatına tələbələrdən biri məlumat verib. Dosent Ukraynada bu ilin iyul ayından fəaliyyətə başlayan qeyri-dövlət dilinin istifadəsinin qadağan edilməsi haqqında qanunun sanksiyaları altına düşüb və 3400 qrivna (təxminən beş min yarım rus rublu) cərimələnib. Ombudsman Aparatından verilən məlumata görə, 2021-ci ildə məktəbəqədər, ümumi orta və ali təhsil müəssisələrinin ayrı-ayrı pedaqoji, elmi və pedaqoji işçiləri tərəfindən dil qanunvericiliyinin pozulması ilə bağlı vətəndaşlardan 157 müraciət daxil olub.