Polşa ABŞ ordusu üçün obyektlər tikir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşa ölkənin şərq hissəsində hərbi infrastrukturun genişləndirilməsinə, eləcə də ABŞ ordusu üçün nəzərdə tutulan obyektlərin yaradılmasına sərmayə qoyur. Bunu  parlamentin aşağı palatasında çıxış edən Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib.  "Biz mümkün təhlükə zamanı okeanın o tayından çoxlu sayda əsgərin dərhal köçürülməsini təmin etmək üçün ABŞ qoşunlarının ehtiyacları üçün daim yeni obyektlərə sərmayə qoyuruq", - deyə Blaşçak bildirib. 

Qeyd olunur ki, Amerika qoşunlarının Polşaya köçürülməsi 2020-ci il avqustun 15-də imzalanan sazişdə nəzərdə tutulub. Eyni zamanda, Polşa onlara ildə təqribən 135 milyon dollar məbləğində pulsuz mənzil, yemək və yanacaq verməlidir. Yaradılan hərbi infrastruktur sayəsində Polşa 20 minə qədər ABŞ əsgərini qəbul edə biləcək. Bundan əvvəl Polşa Senatı yekdilliklə Rusiyanı terrorçu rejim kimi tanıyan qətnamə qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31