Türkiyə Kiyev yaxınlığında PUA istehsalı zavodunun tikintisindən imtina edib- ÖZƏL
27 Oktyabr 2022 14:54 DünyaOlaylar.az xəbər verir ki, Ukraynada "Bayraktar" istifadəsi azalıb. Bundan əlavə, Türkiyə Kiyev yaxınlığında pilotsuz təyyarələr istehsalı zavodunun tikintisindən imtina edib. Postsovet Şərqi şöbəsinin müdiri, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının professoru Vladimir Avatkov "Tam təmas" proqramında Ankaranın bu planlardan soyumasının səbəblərini açıqlayıb. Ukraynalı siyasətçi Sergey Paşinski Bayraktarlarla bağlı deyib ki, "hava hücumundan müdafiəyə çox həssasdırlar". Türkoloq hesab edir ki, Ankaranın Ukraynada PUA istehsalı zavodunun tikintisi ilə bağlı fikrini dəyişməsinin səbəblərindən biri də bu ola bilər. "İkincisi, Türkiyə pul xərcləmək fikrində deyil, çünki Rusiya açıq şəkildə bildirib ki, Ukraynada belə bir zavod yaranarsa, bu, bizim qanuni hədəfimiz olacaq".