Gürcü deputatın evində ölü tapılması ilə bağlı detallar açıqlandı

Gürcüstan parlamentinin hakim "Gürcü Arzusu" partiyasından olan deputatı İrakli Xaxubianın qəfil ölümü ilə bağlı detallar açıqlanıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, deputatın ölümü ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Cinayət Məcəlləsinin 115-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başladıb.

Məlumata görə, deputatın meyiti bu gün səhər ailə üzvləri tərəfindən tapılıb. Hadisə yerində, həmçinin odlu silah aşkarlanıb.

Deputatın meyiti tibbi-ekspertizaya göndərilib və evi sarı lentlə əhatəyə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31