LGBT təbliğatı ilə bağlı qanuna daha sərt dəyişikliklər ediləcək- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyada LGBT fərdləri əleyhinə qanunverciliyin sərtləşdirilməsi barədə qərar verib. Dövlət Duması  birinci oxunuşda uşaqlar və böyüklər arasında qeyri-ənənəvi cinsi münasibətlərin, pedofiliyanın və cinsiyyətin dəyişdirilməsinin təşviqinə görə inzibati məsuliyyət nəzərdə tutan qanunvericiliyə düzəlişləri qəbul edib.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin LGBT təbliğatını qadağan edən qanun layihəsinə daha sərt düzəlişlərin mümkünlüyünü açıqlayıb.Volodinin sözlərinə görə, qanun layihəsinin ikinci oxunuşu zamanı düzəlişlər əlavə oluna bilər. "İkinci oxunuşa gəlincə, ola bilsin ki, təklif olunan normaların sərtləşdirilməsi ilə bağlı düzəlişlər olsun. Biz onları nəzərdən keçirəcəyik", - deyə Volodin bildirib.

Həmçinin, bir sıra federal qanunlara, o cümlədən "Kütləvi informasiya vasitələri haqqında", "Uşaqların sağlamlığına və inkişafına zərər vuran informasiyadan qorunması haqqında", "Reklam haqqında" və s. qanunlara dəyişikliklər ediləcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31