Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İranda törədilən terror aktını pisləyib.
Olaylar.az xəbər verir ki, o, bu barədə tviterdə yazıb.
"İranın Şiraz şəhərindəki ziyarətgahı hədəf alan mənfur və qəddar terror aktını qətiyyətlə pisləyirik. Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa arzulayırıq", - M.Çavuşoğlu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31