Rusiya qazının Ukrayna vasitəsilə nəqli əvvəlki həcmdə qalır
27 Oktyabr 2022 12:45 DünyaRusiya qazının Ukrayna ərazisindən tranzitlə Avropaya tədarükü Sudja qazpaylayıcı stansiyası vasitəsilə əvvəlki 42,4 milyon kubmetr həcmində qalıb.
Olaylar.az xəbər verir ki, bu barədə məlumat Ukraynanın Qaz Ötürmə Sistemləri Operatorunun (GTSOU) saytında verilib.
Ukrayna ərazisindən keçən tranzit xətti "Şimal axını"nın zədələnməsindən sonra Rusiya qazının Qərbi və Mərkəzi Avropa ölkələrinə çatdırılması üçün yeganə marşrut olaraq qalır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31