Naranın başqası ilə sevgili olmasına qəzəbləndi - İkardidən GÖZLƏNİLMƏZ QƏRAR

"Qalatasaray"ın futbolçusu Mauro İkardi Vanda Nara ilə barışmaq istəsə də cəhdləri uğursuz alınıb.

Olaylar.az xəbər verir ki, bu barədə İtaliyanın "Corriere dello Sport" qəzeti məlumat verib. Bildirilir ki, Mauro İkardi artıq Nara ilə barışa bilməyəcəyini anlayıb. Naranın 22 yaşlı reper L-Ganete ilə sevgilisi olması barədə xəbəri eşidən İkardi qəzəblənib. Məlumata görə, İkardi də Naraya qarşı addım atıb. Futbolçu "Qalatasaray"a müraciət edərək, Naraya menecerlik xidmətinə görə ödəməni dayandırmasını tələb edib. Məlumata görə, "Qalatasaray" İkardinin həm də meneceri olan Naraya 1 milyon avro ödəməli idi. İkardi bildirib ki, Nara artıq onun meneceri deyil və buna görə ona pul ödənilməməlidir. İddialara görə, "Qalatasaray" Naraya verilən çekə blok qoyub.

Metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31