Taxıl sazişini uzatmağa ÇAĞIRIŞ

NATO-nun Baş katibi Stoltenberq kasıb ölkələrin davamlı təminatı üçün Rusiyanı taxıl sazişini uzatmağa çağırıb.

Olaylar.az APA-ya istinadən xəbər verir ki, Baş katib bunu Rumıniyanın Baş naziti Nikolae Çuke ilə birgə mətbuat konfransında bildirib.

Qeyd edək ki, iyulun 22-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşin iştirakı ilə Ukrayna taxılının təhlükəsiz daşınmasına dair üçtərəfli saziş imzalanıb. 19 noyabrda vaxtı bitəcək sazişin uzadılması üçün BMT və Türkiyə çağırış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31