Rəcəb Tayyib Ərdoğan və Ulf Kristersson arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç Baş naziri Ulf Kristerssonla telefon danışığı aparıb.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin administrasiyası məlumat yayıb.

"Prezident yeni Baş nazir Kristerssonu bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib. Ərdoğan Baş nazirin noyabrın 19-da Türkiyəyə səfər etmək arzusundan məmnunluğunu ifadə edib. Prezident İsveç hökuməti ilə əlaqələrin hərtərəfli inkişafına çağırıb", - məlumatda qeyd olunub.

Bundan əlavə, Ərdoğan terror təşkilatlarının İsveçi NATO-ya üzv olmaq girovuna çevrilməməsindən danışıb:

"Onlara mane olmaq ikitərəfli maraqlara cavab verir".

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31