Səmərqənddə “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin açılışı olub - ÖZƏL

Özbəkistanda keçirilən "Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri" çərçivəsində bu ölkənin Səmərqənd şəhərindəki Gənclər sarayında möhtəşəm açılış mərasimi tədbiri keçirilib. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumat verən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, Səmərqənd vilayət hakimiyyətinin rəsmiləri, vilayətin elm, mədəniyyət, təhsil sahəsi üzrə xadimləri, Azərbaycandan gələn qonaqlar, universitet tələbələri, jurnalistlər, yerli azərbaycanlılar iştirak ediblər.

Tədbirdə Azərbaycan və Özbəkistan milli naxışları, koloritlərini özündə əks etdirən milli libaslar kolleksiyası nümayiş etdirilib. Geyimlər azərbaycanlı modelyer-dizayner Afaq İsmayılzadə tərəfindən hazırlanıb. Geyimlərin arasında "Xarı Bülbül" kompozisiyası tamaşaçıların maraq və alqışları ilə qarşılanıb.

Tədbir möhtəşəm konsert proqramı ilə davam edib.

İştirakçılar Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova və Səmərqənddə keçirilən "Şərq təranələri" beynəlxalq musiqi festivalının "Qran-pri" mükafatçısı, tarzən Sahib Paşazadə, habelə "Kaykeb Aliyeva adına Azərbaycan qızları" rəqs ansamblı rəngarəng çıxışılarını alqışlarla qarşılayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31