Cəsədi 6 metrlik pitonun mədəsindən çıxdı - FOTOLAR

İndoneziyada rezin toplamaq üçün meşəyə gedən və ondan xəbər alınmayan 54 yaşlı qadının cəsədi 6 metrlik pitonun mədəsində aşkar edilib.

54 yaşlı Cəhrah adlı qadın ötən cümə rezin toplamaq üçün meşəyə gedib və ondan bir daha xəbər almaq mümkün olmayıb. Qadın Sumatra adasında Cambi əyalətində evinin yaxınlığındakı meşəlik ərazidə itkin düşüb.

Dərhal qadının axtarış işlərinə başlanılıb. Axtarışların ikinci günü ağacların arasında qarnı şişmiş 6 metrlik piton aşkar edilib. 6 metr uzunluğundakı ilanın qarnı kəsilərkən Cəhrahın cəsədi aşkar edilib.

sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31