Ermənistan və Türkiyə nümayəndələrinin görüşü PLANLAŞDIRILIR
25 Oktyabr 2022 22:08 DünyaYaxın vaxtlarda Ermənistan və Türkiyənin müvafiq qurumlarının nümayəndələrinin görüşü planlaşdırılır. Bu görüş zamanı birbaşa hava yüklərinin daşınmasına başlanması və üçüncü ölkə vətəndaşları üçün sərhədin açılmasına dair razılaşmaların həyata keçirilməsi məsələləri müzakirə olunacaq.
Olaylar.az oxu.az-a istinadən bildirir ki, bu barədə Ermənistan mediasına ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan məlumat verib.
"Yaxın vaxtlarda iyulda əldə edilmiş iki razılaşmanın icrasını müzakirə etmək üçün iki ölkənin müvafiq idarələrinin nümayəndələrinin sərhəddə görüşünün keçirilməsi planlaşdırılır. Söhbət birbaşa hava yüklərinin daşınmasına başlanması və üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması haqqında razılaşmalardan gedir", - Hunanyan bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistanla Türkiyə xüsusi nümayəndələrinin növbəti görüşünə dair razılıq yoxdur.