Yeni hökumətin tərkibi elan olundu
25 Oktyabr 2022 20:10 DünyaBöyük Britaniyanın maliyyə naziri Ceremi Hant yeni baş nazir Rişi Sunakın hökumətindəki vəzifəsini qoruyub.
Olaylar.az bildirir ki, bu barədə baş nazirin dəftərxanasının çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Parlament üzvü Dominik Raab baş nazirin müavini, lord kansler və ədliyyə naziri təyin edilib.
Ben Uolles Britaniyanın müdafiə naziri postunda qalıb.
Həmçinin, Ceyms Kleverli yenidən Böyük Britaniyanın xarici işlər naziri vəzifəsinə təyin edilib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31