Yeni aldığı evi təmir edərkən xəzinə tapdı
7 Sentyabr 2022 15:46 Dünyaİspaniyada təqaüdə çıxdıqdan sonra doğma şəhərində köhnə ev alan Tono Pineiro adlı ispan təmir zamanı evin müxtəlif yerlərində 9 milyon peset (təxminən 54 min avro) tapıb.
Olaylar.az xəbər verir ki, bu barədə evin sahibi məlumat verib.
"Mən ilk pulu təmir zamanı damda, sonra evin qalan hissəsində tapdım. Əvvəlki sahibinin banklara etibar etmədiyi açıq-aydın görünür. Pulların çoxu qutularda gizlədilib və məncə, o, rütubətdən çox yaxşı qorunub saxlanılıb. Pulun çox hissəsi ütülənmişdi" - deyə, o, bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31