İngiltərədə ev qiymətləri rekord həddə yüksəldi: ən ucuz ev 574 min manatdır

İngiltərədə mənzil qiymətləri son 17 ilin ən yüksək səviyyəsinə çatdıqdan sonra pik həddən düşsə də, qiymətlər hələ də çox yüksəkdir. İyun ayında illik artım tempi 13% təşkil edib ki, bu da 2005-ci ildən bəri ən yüksək səviyyədir. İyulda 11,8%-ə enən göstərici avqustda 11,5%-ə çatıb.

Ev satışları azalsa da, mənzillərin qiyməti yeni rekordlar qırıb.

"Halifax"ın hesabatına görə, standart evin qiyməti 294,260 min funt-sterlinqə (574 min manat) yüksəlib.

Paytaxt Londonda mənzil qiymətləri isə son 6 ilin ən yüksək səviyyəsinə qalxıb.

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31