Putin Paşinyanla görüşdü

Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.
Olaylar.az xəbər verir ki, görüş Vladivostokda, Şərq İqtisadiyyat Forumu çərçivəsində baş tutub.
Putin çıxışında ikitərəfli münasibətlərdən danışıb.
O, eyni zamanda, ən həssas məsələlərdən birinin Qarabağ olduğuna diqqət çəkib. Putin Qarabağın təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31