Türkiyədə meşə yanğınları başlayıb, 30 sakin təxliyə edilib

Türkiyənin Mersin əyalətində meşə yanğınları başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə məlumat Türkiyə KİV-lərində paylaşılıb.
Bildirilib ki, yanğın əyalətin Gülnar rayonunun Böyükeceli Karadere ərazisindəki meşəlikdə baş verib. Küləyin təsiri nəticəsində böyüyən yanğının söndürülməsinə 5 təyyarə, 3 helikopter, 40 su çiləyicisi və 300 canlı qüvvə cəlb olunub. Ehtiyat tədbiri olaraq təxliyə edilən 30 evin sakini məktəb bağçasına aparılıb. Gülnar rayonunda vətəndaşların ehtiyaclarını təmin etmək üçün mənzil hazırlanıb.
Məlumata görə, bölgəyə Karaman, Antalya, Adana və Konya əyalətlərindən gücləndirici çiləyici və su tankerləri gətirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31