Üç ölkə rusların ölkəyə girişini məhdudlaşdırmaq barədə razılığa gəliblər
7 Sentyabr 2022 13:59 DünyaOlaylar. Az xəbər verir ki, Latviya, Litva və Estoniya rusların quru sərhədləri vasitəsilə ölkəyə girişini məhdudlaşdırmaq barədə razılığa gəlib.
Bu barədə Latviyanın xarici işlər naziri Edqar Rinkeviç öz Tvitter səhifəsində yazıb.
O qeyd edib ki, Baltikyanı ölkələrin hökumətləri yaxın günlərdə yeni məhdudiyyətlərin tətbiqi barədə məlumat verəcəklər.
"Qərarlar milli hökumətlər tərəfindən milli prosedurlara uyğun olaraq qəbul ediləcək və eyni zamanda qüvvəyə minəcək", - deyə Rinkeviç bildirib.
Onun sözlərinə görə, diplomatlar, yük maşını sürücüləri, eləcə də humanitar və ailəvi səbəblərlə daxil olan vətəndaşlar üçün istisnalar olacaq.
Sentyabrın 2-də Estoniyanın müdafiə naziri Hanno Pevkur bəyan edib ki, ölkə Latviya və Litva ilə birlikdə Rusiya ordusunun Ukraynadakı hərəkətlərinə cavab olaraq quruda, havada və dənizdə müdafiəsini gücləndirmək niyyətindədir.