Ukrayna Hərbi Hava Qüvvələri Rusiyaya məxsus Ka-52 helikopterini vurub
7 Sentyabr 2022 13:28 DünyaUkrayna Hərbi Hava Qüvvələri bu gün səhər saatlarında Rusiyanın daha bir Ka-52 işğalçı helikopterini vurub.
Olaylar.az xəbər veir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının spikeri Yuri İqnat məlumat verib.
"Bir saat əvvəl işğalçıların daha bir Ka-52 helikopteri cənubda, Xerson vilayətində Yuq hava komandanlığının hərbçiləri tərəfindən vurulub. Elə bir gün əvvəl bu hava komandanlığının hərbçiləri X-101 raketlərini məhv ediblər. Onlardan biri "Şərq" hava komandanlığının hərbçisi tərəfindən məhv edilib. Bu çox yaxşı nəticədir. Bundan başqa, gecə ərzində düşmənin daha 2 PUA-sı vurulub", - deyə İqnat bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31